Bu gün:


Bakıda 20 yaşlı oğlan özünü metroda yandırmaq istədi

Tarix: 08.12.2021 / 11:25  •   Oxundu: 81 dəfə  •  

Bakıda 20 yaşlı oğlan özünü metroda yandırmağa cəhd edib.
 
Hadisə ötən gün saat 21 radələrində “Gənclik” metrostansiyasında qatar hərəkət edərkən baş verib.
 
2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.
 
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.