ABŞ-ın Oklahoma Dövlət Universiteti (ODU) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında təhsil sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb.
Verilən məlumata əsasən, saziş özündə ABŞ-ın nüfuzlu təhsil müəssisələrindən biri olan ODU ilə ADAU arasında təhsil və tədqiqat sahələrində əməkdaşlığı genişləndirməklə bağlı müddəaları əks etdirir.
Hər iki ali təhsil müəssisəsi imzalanan sazişlə öz üzərlərinə bərabər və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq fəaliyyəti ilə bağlı öhdəliklər götürüblər.