Bu gün:


Türkiyədə gəmi fırtınaya düşdü

Tarix: 12.12.2021 / 09:31  •   Oxundu: 66 dəfə  •  

Türkiyədə Bursa şəhərindən İstanbul şəhərinə doğru hərəkət edən sərnişin gəmisi fırtınya düşüb və nəticədə gəmi çevrilmək təhlükəsi ilə üz-üzə qalıb.

200-ə yaxın sərnişinin olduğu gəmidə həyəcanlı anlar yaşanıb.

Təşvişə düşən sərnişinlər qışqırmağa başlayıb, bəziləri huşunu itirib.

Hadisə vaxtı sərnişinlərdən biri gəmidəki təşviş dolu anları telefonuna çəkib.

Mənbə: “Demirören Haber Ajansı” (DHA)