Bu gün ŞƏHİDİMİZ Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür.
Tarix: 14.12.2021 / 12:24 •
Oxundu: 457 dəfə •
1957-ci il dekabrın 14 də Mərdlər və Qəhrəmanlar diyarı Qubadlı rayonunun Qəzyan kəndində dünyaya göz açmışdır.
1979 cü ildə Azərbaycan Dövlət Bədən tərbiyyəsi institutunu fərqlənmə ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman Müəllimi işləmişdir.
Əliyar Əliyev Qarabağ Müharibəsi başlayanda könüllü olaraq Azərbaycanın ordu sıralarına qoşulub. Bir Komandir kimi rəhbərliy etdiyi alayın Topçuları və Qrad qurğularından Xocalı soyqırımından bir neçə gün sonra, yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş , Moskva və İran KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı ermənilər 3 gün matəm elan etmişdir. Əlyar Əliyev 1992 ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40 qədər kəndini 4 gün ərzində azad etmişdir.
Əlyar Əliyevin son döyüşü 1992 ci il oktyabrın 3 də Laçının 2 kilometrliyində olmuşdur .
Ruhun şad olsun komutan!
Uğrunda canından keçdiyin Qubadlı azaddır!
