Bu gün:


Xocavəndin bu kəndində erməni köçkünlər üçün 3 mərtəbəli bina tikilib...

Tarix: 18.12.2021 / 11:40  •   Oxundu: 91 dəfə  •  

Q.Sarkisyan: “Kağartsi icmasının sakinləri öz gələcəklərini yalnız Qarabağda, doğma kəndlərində görür və bu arzu ilə inamla işləyir, yaradırlar...” 
 
Oxucularımızı Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin  nəzarətində qalan və ermənilərin  məskunlaşdığı yaşayış məntəqələrimizdəki durum haqda məlumatlandırmaqda davam edirik.

“Kağartsi icmasının sakinləri öz gələcəklərini yalnız Qarabağda, doğma kəndlərində görür və bu arzu ilə inamla işləyir, yaradırlar”.
 
İDEAL Media.az  xəbər verir ki,  bunu Azərbaycan Respublikasının Xocavənd rayonunun Qağartsi kəndində məskunlaşmış  ermənilərin qanunsuz icma rəhbəri Qaruş Sarkisyan Xankəndindəki nəşrlərə müsahibəsində söyləyib. 
 
Q.Sarkisyanın sözlərinə görə,  hazırda kənddə 353 sakin var.  Qağartsidə əsasən 44 günlük savaşdan sonra Azərbaycanın digər ərazilərindən köçmüş erməni ailələrinin məskunlaşdığı 14 mənzilli 3 mərtəbəli yaşayış binası tikilib. 
 
“Köçürülən sakinlər müxtəlif tikinti işlərinə cəlb olunur, onların problemlərinin həllinə imkan daxilində köməklik edirik ki, özlərini evdəki kimi hiss etsinlər.