Bu gün:


Bu ölkə də Ukraynaya görə döyüş hazırlığını artırır

Tarix: 25.12.2021 / 19:03  •   Oxundu: 136 dəfə  •  

İsveç Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar silahlı qüvvələrin döyüş hazırlığını artırır.

İDEAL Media.az xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah rəisi Mikael Buden danışıb.

"İndi Avropa və ABŞ-ın bütün diqqəti Ukrayna və Rusiyaya yönəlib və baş verənlər şoka salır. Mən ölkəmizi qorumaq məsuliyyətini hiss edirəm", - Buden bildirib.