Bu gün:


"Qarabağ" Türkiyəyə yollandı

Tarix: 25.11.2020 / 12:19  •   Oxundu: 151 dəfə  •  

"Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la matç üçün Türkiyəyə yola düşüb.
Asmedia.az-ın məlumatına görə, Ağdam təmsilçisi İstanbul şəhərinə yollanıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 20:00-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:30-da isə komanda matçın keçiriləcəyi "Başakşəhər Fatih Terim" stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.