İsrail rus bazası yaxınlığındakı limanı vurdu
Tarix: 28.12.2021 / 09:39 •
Oxundu: 118 dəfə •
İsrail Hərbi Hava Qüvvələri Suriyanın Latakiya limanına aviazərbələr endirib.
İDEAL Media.az xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.
“Bu gün saat 3:21-də (Bakı vaxtı ilə saat 5:21) İsrail Aralıq dənizindən Latakiya şəhərinin qərbindəki ticarət limanının konteyner meydanına havadan raket zərbəsi endirib”, - məlumatda qeyd olunub.
Zərbələrdən sonra ərazidə yanğın başlayıb, böyük ölçüdə maddi ziyanın dəydiyi bildirilir.
Qeyd edək ki, Latakiya limanı Rusiyanın Hmeymim hərbi bazasının yaxınlığında yerləşir.