Bu gün:


Azərbaycanda sərxoş şəxs yataqxananı yandırdı

Tarix: 29.12.2021 / 11:00  •   Oxundu: 81 dəfə  •  

Şirvanda sərxoş vəziyyətdə olan şəxs yataqxanada yanğın törədib.

Hadisə Şirvan şəhəri Fariz Eynullayev küçəsi 13 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Hadisə kişinin yaşadığı 5 mərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə təşkil olunmuş içki məclisindən sonra baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və başqa mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı mənzilləri bürüyən tüstüdən 3 nəfər zəhərlənərək Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Yataqxana sakinləri müvəqqəti olaraq binadan təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.