Bu gün:


Nazirliyin aparat rəhbəri işdən çıxdı

Tarix: 29.12.2021 / 15:35  •   Oxundu: 115 dəfə  •  

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə işdən çıxıb.

İDEAL Media.az xəbər verir ki, bu barədə məlumatı özü yayıb.

V.Eyvazzadə fəaliyyətini digər istiqamətlərdə fərqli statusda davam etdirəcəyini açıqlayıb:
"Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq komandamızla birlikdə ölkəmizdə yaradıcılıq, innovasiya və texnologiyaların uzlaşdığı bir sahənin-yaradıcı sənayelərin real inkişafına, həmçinin ölkəmizin yumşaq güc siyasətinin beynəlxalq müstəvidə həyata keçməsinə müxtəlif platformalar vasitəsilə dəstək olmağa davam edəcəyik".

Qeyd edək ki, o bu vəzifəyə 2020-ci ilin avqustunda təyin edilmişdi.