Bu gün:


ABŞ erməni hərbçilərin qaytarılmasını alqışladı

Tarix: 30.12.2021 / 10:00  •   Oxundu: 71 dəfə  •  

ABŞ 2021-ci il noyabrın 16-da saxlanılan erməni hərbçilərinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayır.

İDEAL Media.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Tvitter hesabında paylaşım edilib.

"Biz 2021-ci il noyabrın 16-da saxlanılan beş erməni hərbçisinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayırıq", - paylaşımda qeyd olunub.

ABŞ Dövlət Departamenti bütün saxlanılanların tam və tez zamanda azad edilməsi, meyitlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə bağlı tərəflərə çağırış edib:
“Biz beynəlxalq öhdəliklərə uyğun olaraq saxlanılanlara qarşı humanist rəftarın vacibliyini vurğulayırıq”.