Narkotikin təsiri altında qaydaları pozdu
Tarix: 02.01.2022 / 17:19 •
Oxundu: 124 dəfə •
Gəncə şəhəri ərazisində hərəkətdə olan “LADA” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün saxlanılıb.
İDEAL Media.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, həmin nəqliyyat vasitəsini idarə edən Vaqif Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən V.Məmmədovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.