Bu gün:


Qazaxıstanda 2 minə yaxın etirazçı saxlanıldı

Tarix: 06.01.2022 / 20:37  •   Oxundu: 46 dəfə  •  

Qazaxıstanın hüquq-mühafizə orqanları Almatıda reydlər zamanı iğtişaşların 2 minə yaxın iştirakçısını saxlayıb.

İdeal Media.az xəbər verir ki, bu barədə cümə axşamı respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
"Almatı polis idarəsinin əməkdaşları Karasai-Batır və Masançi küçələrini təmizləmək üçün irəliləyiblər. Qanunu pozanların tutulması üçün tədbirlər görülür. Ümumilikdə 2 minə yaxın adam polisə gətirilib", - məlumatda deyilir.