Bu gün:


Zümrüd Yağmur: "rauf arifoğlu kimi olmaq özü bir cəzadır"

Tarix: 06.01.2022 / 21:28  •   Oxundu: 205 dəfə  •  

İstintaq bitdi.
Və deyim ki, İstintaq idarəsi bu dəfə işi obyektiv şəkildə araşdırdı. Demək ki, istəyəndə işləyə bilirlər. Demək ki, cinayəti etmiş adam bir il dörd ay əvvəl də indiki kimi həbsdə ola bilərdi.
Əsgər Ağazadənin ailəsi, anası və bacısı son vaxtlar xüsusi həyasızlıq edib "Yeni Musavat", Yeni sabah" saytlarını da arxasına alıb güya "şok" deyib yalan məlumatlar, rəyləri yarımçıq şəkildə, tam olmadan yayaraq özlərini təmizə çıxarmağa çalışır.
Səbrlə gözlədim. 
İndi o "şok" deyib güya yazı yayan qəzetlərin yaydığı böhtanın yalan olma faktını aşağıda, rəydə yerləşdirirəm.
İki qadına aid biomaterillardan biri mənə aiddir. Çünki Sənay Yağmurla eyni kalqotkaları istifadə edirik. Çünki hadisə baş verən gün mən ağlayırdım.
Rauf Arifoğlu, mən "sənin övladının başına gəlsin" deyəcək qədər düşmədim. Desəm, səndən fərqim olmaz. Çünki sənin kimi olmaq özü cəzadır. Amma bir gün başına nəsə bir iş gələndə çox araşdırma, etdiyini xatırlayarsan, bəlkə nəsə anlaya bildin.
"Yeni sabah" ın redaktoru Seymur Verdizadə vallah, sənin kimi atanın olması bir övladın başına gələ biləcək ən pis şeydi. 
Məhkəmə müddətində də pislik edib yalan yazacağınızı bilirəm. 
Yazın. 
Peşəniz böhtan deyib yalan danışmaqdı zatən.