Bu gün:


Bakıda bu avtobusun hərəkət sxemi sabahdan dəyişir

Tarix: 07.01.2022 / 16:37  •   Oxundu: 122 dəfə  •  

Bakıda sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə 93 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə İdeal Media.az-a Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.
Bildirilib ki, dəyişikliyə əsasən, yanvarın 8-dən 93 nömrəli müntəzəm marşrut xəttinin (“Dərnəgül” metrostansiyası - Sabunçu qəsəbəsi) hərəkət sxemi Abay Kunanbayev (7-ci mikrorayon) və Süleyman Sani Axundov (“Azadlıq prospekti” metrostansiyası) küçələrindən keçməklə təşkil ediləcək.