Bu gün:


Prokuror Parfümün ("İdeal") keçmiş sahibinə 8 il cəza istədi

Tarix: 17.01.2022 / 14:54  •   Oxundu: 115 dəfə  •  

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
İdeal Media.az xəbər verir ki, iclasda dövlət ittihamçısı çıxış edərək İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsini istəyib.
 
Qeyd edək ki, İ.İsmayılov 2013-2016-cı illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.