Bu gün:


Sezen Aksu Ərdoğana cavab qaytardı: “Əzə bilməzsən“

Tarix: 24.01.2022 / 11:50  •   Oxundu: 103 dəfə  •  

Sezen Aksu Türkiyə prezidentinin tənqidinə cavab verib.
 
İdealmedia.az xəbər verir ki, onun “Şahanə bir şey yaşamaq” adlı mahnısında Adəm və Həvvanı “cahil” adlandırmasına ötən həftə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt təpki verib və o, dini dəyərlərə dil uzadanları “dillərini qoparmaqla” hədələyib.
 
Sezen Aksudan da prezidentə cavab gecikməyib. Sənətçi sosial şəbəkə hesabında yeni mahnısının sözlərini paylaşıb. Sözlərdəki  “dilimi əzə bilməzsən” ifadələri diqqətdən yayınmayıb.

Sen beni üzemezsin 
Zaten çok üzgünüm
Nereye baksam acı
Ben avım sen avcı 
Vur bakalım...
Sen beni sezemezsin 
Dilimi ezemezsin
Nereye baksam acı
Nereye baksam acı 
Kim yolcu kim hancı
Dur bakalım... 
Beni öldüremezsin

Sesim, sazım, sözüm var benim
Ben derken ben herkesim 

Sonuc olarak 47 yıldır yazıyorum... Yazmaya da devam edeceğim.
Sezen