Bu gün:


Avropa İttifaqı rabitə peykləri qrupunun yaradılmasına 6 milyard avro xərcləyəcək

Tarix: 16.02.2022 / 18:18  •   Oxundu: 127 dəfə  •  

Avropa İttifaqı üzv ölkələrin təhlükəsiz rabitəsinin təmin olunması üçün yerəyaxın orbitdə peyklər qrupunun yaradılmasına 6 milyard avro (6,8 milyard dollar) xərcləməyi planlaşdırır.
İDEALMedia.az xəbər verir ki, bunu daxili bazar məsələləri üzrə Avropa komissarı Terri Breton deyib.
Avropa Komissiyası bu məqsədlər üçün öz büdcəsindən 2,4 milyard avro xərcləmək niyyətindədir. Vəsaitin qalan hissəsi isə Avropa İttifaqının müxtəlif ölkələrindən və sənaye qruplarından cəlb olunacaq. Terri Bretonun sözlərinə görə, Avropanın öz peyk “bürcü” olmalıdır. Aİ-nin kosmik planları Avropa və Afrikada daha yaxşı genişzolaqlı çıxışı təmin etməklə yanaşı, İttifaq ölkələrinin kiber-təhlükəsizliyini artırmağa kömək edəcək. “Bu, bizim strateji və texniki suverenliyimiz baxımından birinci dərəcəli əhəmiyyət kəsb edir”, - deyə Avropa komissarı bildirib.
“Bloomberg” agentliyi Böyük Britaniyanın “OneWeb” kompaniyası tərəfindən həyata keçirilən proqramı bu layihənin ən yaxın analoqu adlandırıb. “OneWeb” birbaşa peyk rabitəsi vasitəsilə yerüstü istehlakçıların yüksəksürətli internetlə təmin edilməsi üçün nəzərdə tutulub. Hazırda qruplaşmada 428 aparat var.