Bu gün:


Ukraynada ölən və yaralananlar var - 19 nəfər itkindi

Tarix: 24.02.2022 / 12:38  •   Oxundu: 101 dəfə  •  

Rusiya qüvvələrinin Ukraynanı bombalaması nəticəsində 7 nəfər ölüb.
 

İDEALMedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Rəsmilər Odessa yaxınlığındakı Podilskdə hərbi hissəyə hücum zamanı 6 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildirirlər.
 
Toqquşma zamanı 19 nəfər də itkin düşüb.
 
Eyni zamanda, Mariupol şəhərində bir nəfərin öldüyü açıqlanıb.