Bu gün:


“Rusiya terrorçu dövlətdir” - Ukrayna lideri

Tarix: 01.03.2022 / 16:04  •   Oxundu: 426 dəfə  •  

"Xarkova hücum Ukraynaya qarşı terrordur". 
İDEALMedia.az  xəbər verir  ki,  bunu  Ukrayna lideri Vladimir Zelenski onlayn brifinq zamanı deyib. 
“Ukraynanın Xarkovu və Rusiyanın Belqorodu bir çox cəhətdən həmişə yaxın şəhərlər olub. Hətta aralarındakı sərhəd şərti idi, yalnız xəritələrdə. Amma indi hər şey dəyişib. Belqoroddan Xarkovu vuran raketin qanadlı zərbəsindən sonra. O, Azadlıq Meydanına çatdı - bizim Xarkovla üzbəüz. Bu şəhərə qarşı terrordur, bu Xarkova qarşı terrordur, Ukraynaya qarşı terrordur. Heç kim bağışlamayacaq, heç kim unutmayacaq. Xarkova bu zərbə hərbi cinayətdir. Bu, Rusiya Federasiyasının dövlət terrorudur. Bundan sonra Rusiya terrorçu dövlətdir”, - deyə Vladimir Zelenski vurğulayıb.