Bu gün:


Ukraynada yaşayan Azərbaycanlıların NƏZƏRİNƏ

Tarix: 02.03.2022 / 14:14  •   Oxundu: 76 dəfə  •  

Ukrayna Azərbaycanlıları Radasında yaradılan Operativ Qərargahın nömrəsi dəyişib.
Diasporla İş üzrə Dövlət Komitəsindən İDEALMedia.az a verilən məlumata görə, Dövlət Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə işləyərək, Ukraynada yaşayan azərbaycanlıların təxliyəsi üçün bütün imkanlarını səfərbər edib:
“Ukraynada çoxlu sayda azərbaycanlıların yaşadığını nəzərə alaraq, Ukrayna Azərbaycanlıları Radasında Operativ Qərargah yaradılıb. Qərargahın nömrəsi dəyişib. Həmvətənlərimiz aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər: Ukrayna Azərbaycanlıları Radası (Kiyev) +380 (98) 949 70 38. Email: raukyiv@gmail.com”.