Bu gün:


Rolls-Royce Rusiyada avtomobil satışını dayandırdı

Tarix: 05.03.2022 / 14:15  •   Oxundu: 141 dəfə  •  

Almaniyanın BMW AG avtomobil istehsalçısına məxsus Britaniyanın Rolls-Royce şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya avtomobil tədarükünü müvəqqəti dayandırmaq qərarına gəlib.
İDEALMedia.az   xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
“Regionda vəziyyət qeyri-müəyyən olaraq qalır. Belə şəraitdə biz Rusiya bazarına avtomobil tədarükünü dayandırırıq. Biz vəziyyəti və biznesimiz üçün mümkün nəticələri qiymətləndirməyə davam edirik", - deyə  şirkətin açıqlamasında qeyd olunub. 
Bundan əvvəl Almaniyanın "Porsche" şirkəti də Rusiya bazarına avtomobil idxalını dayandırdığını bəyan etmişdi.