Bu gün:


Danışıqlarda mümkün 2 ssenari… - Çavuşoğlu açıqladı

Tarix: 07.04.2022 / 18:23  •   Oxundu: 114 dəfə  •  

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlarda mümkün 2 ssenari ola bilər.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıb.

“Danışıqlarda iki ssenari ola bilər. Hələlik anlaşa bilmədikləri mövzuda müəyyən razılıq əldə olunduqdan sonra öncə xarici işlər nazirləri bir araya gələrək ilkin razılaşma imzalanır. Daha sonra ölkə liderləri görüşürlər.

İkinci ssenaridə isə Ukrayna və Rusiya prezidentləri XİN başçıları ilə birgə görüşəcəklər və dövlət başçılarının hüzurunda sənədi xarici işlər nazirləri imzalayacaq. Biz hər iki halda onları Türkiyədə qəbul etməyə hazırıq”, - XİN başçısı qeyd edib.