Bu gün:


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillərə avtomobili

Tarix: 27.11.2020 / 11:22  •   Oxundu: 96 dəfə  •  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 206 minik avtomobilinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi "Azərmaş Group" MMC-dir.
Qalib şirkətə 2 512,2 min manat (hər avtomobil üçün orta hesabla 12,2 min manat) ödəniləcək.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, avtomobillər Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslərə vermək üçün alınır.