Bu gün:


Tərtərdə 46 yaşlı şəxs minaya düşüb

Tarix: 09.04.2022 / 15:44  •   Oxundu: 79 dəfə  •  

Baş Prokurorluq Tərtərrdə mina partlayışı barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.