ARTIQ XIRDA OĞURLUQ HADİSƏSİNƏ GÖRƏ DƏ VƏTƏNDAŞ PREZİDENTDƏN BAŞQA ÜNVAN TANIMIR
Tarix: 27.11.2020 / 15:51 •
Oxundu: 286 dəfə •
5 ay bundan öncə Səbail rayonu, Ş.Şamil küçəsi 17, mənzil 50 ünvanından mülkiyyətçi tərəfindən oğruların təsbit edilməsi faktı üzrə hüquq-mühafizə orqanlarının sabotaj islahatları artan xətt üzrə davam etdirilməkdədir.
Mülkiyyətçinin təsbit etdiyi 8 nəfər oğrunun hər birindən ayrı-ayrılıqda rüşvət alınaraq sərbəst buraxılması aksiomadır.
“İşi aparan” müstəntiq Ramal Şahmarov 8 nəfər oğrudan ən sonuncu Fariz Həsənovu yükləyərək Kürdəxanıya göndərəcəyini zərərçəkmişə bildirsə də, sonunda onunla da aparılan bazarlıq yüksək səviyyədə həllini tapmışdır.
Prezident İlham Əliyevə bürokratik sabotajlarla bağlı ünvanlanan şikayət Baş Prokurorluqdan Bakı şəhər prokuroru, 3-cü dərəcəli ədliyyə müşaviri cənab İlqar Abbasova, DİO-nın İstintaq, Təhqiqat, Əməliyyat Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəisi, baş ədliyyə müşaviri Natiq Abdullayevin 02 noyabr 2020-ci il tarixli, 05/7149-07 saylı məlumat məktubunda göndərildiyi bildirilir.
Paradoksaldır: Bakıdan Bakıya, daha doğrusu N.Rəfibəyli, 7 ünvanından Bakı şəhəri, 28 May küçəsi, 14 ünvanına 25 günə məktubun yetişməsi sadəcə və sadəcə olaraq anarxizmdən başqa heç nəyi ifadə etmir.
Təklif edirik ki, “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Rövşən Əliyev və onun tabeçiliyində fəaliyyət göstərən poçt şöbəsinin əməkdaşları pul mükafatı və fəxri adlarla təltif edilsin. Axı bu ölkədə insanlığa qarşı dil uzadanlar yalana və yaltaqlığa əl çalanlar başa və bəlaya çevrilirlər.
Hər halda Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, 17, mənzil 50 ünvanından 7300 manat dəyərində oğurlanmış əşyaları Hacı Məmmədovun sələfləri ört-basdır etsələr də, geci-tezi haqq öz yerini tapacaqdır.
Mövzu diqqətimizdədir, davam etdirəcəyik.
