Bu gün:


Bakı metrosunda yaranan problemin səbəbi AÇIQLANDI - YENİLƏNİB

Tarix: 13.04.2022 / 14:19  •   Oxundu: 65 dəfə  •  

“Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub. 
Bu barədə İDEALMedia.az -a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, bu səbəbdən “Neftçilər” stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüblər və qatar texniki baxış üçün stansiya dalanına verilib:
“Nəticədə xətdə iki dəqiqə yubanma yaranıb. Xəttə əvəzinə qatar verilib”.
09:48
Bakı metrosunda qatarda nasazlıq olub.
İDEALMedia.az xəbər verir ki, metronun “Neftçilər” stansiyasında qatarın qapısı bir neçə dəfə açılıb-bağlanıb.
Bu səbəbdən sərnişinlər qatardan boşaldılıblar.
Problemin nədən qaynaqlandığı araşdırılır.