Məşhur azərbaycanlı idmançı Bakıdadır
Tarix: 16.04.2022 / 16:06 • Oxundu: 46 dəfə •
UFC döyüşçüsü, həmyerlimiz Rafael Fiziyev, Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin sədri və fəxri prezidenti Adil Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev bir araya gəliblər.
İDEAL Media.az xəbər verir ki, bu barədə Adil Əliyev məlumat yayıb.
“Bu gün məşhur UFC döyüşçüsü, həmyerlimiz Rafael Fiziyevlə görüşdük. İdmançımızla MMA ilə bağlı mövcud vəziyyət, gələcək karyerası, planları ilə bağlı geniş şəkildə müzakirələr apardıq. Sevindirici haldır ki, ölkəmizdə son illərdə MMA döyüş növünə diqqət artıb, idmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Bütün idmançılarımıza peşəkar karyeralarında uğurlar arzu edir, hər zaman qalib olmalarını arzu edirəm, - Adil Əliyev deyib.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev Fiziyevin Bakıda olmağından məmnunluğunu bildirirək, idmançıya gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, Rafael Fiziev 5 mart 1993-cü ildə Qazaxıstanda anadan olub. Rafael Fiziev milliyətcə azərbaycanlıdır. UFC döyüşçüsüdür və onun Muay-tay döyüş üslübunda mübarizə aparır.