Bu gün:


Azərbaycanda işğaldan azad olunmuş ərazilərə gedənlərə XƏBƏRDARLIQ.

Tarix: 30.11.2020 / 14:49  •   Oxundu: 75 dəfə  •  

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi əhaliyə xəbərdarlıq edib. 
Asmedia.az-ın müxbirinin məlumatına görə, ANAMA-nın direktoru Qəzənfər Əhmədov mətbuat konfransında bildirib ki, insanlar şübhəli və təhlükəli ərazilərə daxil olmamalıdır: 
“Naməlum əşyalara toxunulmamalıdır. Onlar naməlum əşyalar görərsə, dərhal Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və yerli Rayon Polis Şöbəsinə müraciət etməlidirlər”. 
O qeyd edib ki, ərazilər minalardan təmizlənəndən sonra vətəndaşların öz dədə-baba yurdlarına baş çəkməsi üçün şərait yaradılacaq.