Bu gün:


İrəvanda Paşinyana qarşı avtoyürüş keçirildi

Tarix: 29.04.2022 / 16:27  •   Oxundu: 96 dəfə  •  

Ermənistanın paytaxtı İrəvanda müxalifət nümayəndələri avtoyürüş keçirib.
İDEALMedia.az xəbər verir ki, yürüşün təşkil edilməsində məqsəd ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etmək olub.
Yürüş zamanı onlarla avtomobil Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika meydanından keçib. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirib.
Bununla yanaşı, İrəvanın digər hissələrində də müxalifətin aksiyası keçirilib. Aksiyalar zamanı 10-dan çox iştirakçı saxlanılıb.
Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən Paşinyana qarşı aksiyalar təşkil edir.