Futbolçular meydanda Maradonanın xatirəsini yad etdi, qızı göz yaşlarına hakim ola bilmədi .
Tarix: 30.11.2020 / 14:54 •
Oxundu: 183 dəfə •
Əfsanəvi futbolçu Dieqo Maradonanın qızı Dalma Maradona “Boka Xuniors”-“Nevell`s Old Boys”(2:0) komandalarının oyununda göz yaşlarına hakim ola bilməyib.
“Çempionat” xəbər verir ki, Edvin Cordonanın rəqib qapısına yol tapmasından sonra “Boka Xuniors”un futbolçuları qol sevinclərini əfsanəvi futbolçunun xatirəsini yad etməklə qeyd ediblər.
Ev sahibi komandasının futbolçuları D.Maradona adının yazıldığı köynəyi qazona sərib və dünya şöhrətli futbolçunun adətən oturduğu tribunaya tərəf yaxınlaşaraq, alqışlamağa başlayıblar.
Matçı izləyən D.Maradona bu görüntülərdən sonra kövrələrək, göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, Dieqo Armando Maradona noyabrın 26-da 60 yaşında ürəktutmasından vəfat edib.