Bu gün:


Tələbələrə əxlaqsız təklif etdiyi deyilən universitet müəllimi DANIŞDI

Tarix: 03.05.2022 / 17:28  •   Oxundu: 214 dəfə  •  

Tələbələrə əxlaqsız təklif etdiyi deyilən Lənkəran Dövlət Univesitetinin müəllimi Elşad Rəhimov Space TV-də yayımlanan "Gəl, danış" verilişi ilə əlaqə saxlayaraq iddialara cavab verib.
İDEALMedia.az xəbər verir ki, Elşad Rəhimov videonun montaj olduğunu bildirib:
"Mənim telefonuma keçən il bilinməyən nömrələrdən zənglər gəlirdi. Bir neçə dəfə həmin zəngləri açmışdım. Belə düşünürəm ki, bu, həmin zəngin videolarıdır. Bu videolarla mənə şər atmaq istəyirlər".
***
11:56
Daxili İşlər Nazirliyi (DİN) universitet müəlliminin tələbələrə əxlaqsız təklif etməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev İDEALMedia.az a açıqlamasında bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar:
"Məsələ Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaqdır", - deyə o əlavə edib.