Bu gün:


Zelenski: “Populyarlığım məni ilhama gətirmir, çünki bədəli müharibədir"

Tarix: 03.05.2022 / 17:50  •   Oxundu: 174 dəfə  •  

“Rusiyalı hərbçilərin Ukraynanın dinc əhalisini ələ salması daha qorxuludur”.
İDEALMedia.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Avstraliyanın "Nine Network" telekanalına müsahibəsində ona qarşı edilən sui-qəsdlərə münasibət bildirərkən deyib.
"Bizim indiyədək yaşadıqlarımıza və yaşamaqda davam etdiklərimizə, insanların zirzəmilərdə olmasına, onlara əzab verilməsinə, ukraynalıların quyularda tapılmasına baxanda düşünürəm ki, mənim vəziyyətim az- çox qorxulu deyil. Mən insanlarımızın, xüsusilə onların yaxınlarını itirən ailələrinin vəziyyətinə görə dəhşətə gəlirəm", - Zelenski vurğulayıb.
Zelenski onun dünyada populyar olmasını isə belə şərh edib: 
"Populyarlığım məni ilhama gətirmir, çünki bu populyarlığın bədəlini bilirəm, bu bədəl- müharibədir".
Ukrayna lideri əlavə edib ki, sadəcə, özümüzə məxsus olanı geri qaytarmaq istəyirik:  
“Sadəcə, torpağımıza sakitliyin dönməsini, sadəcə, insanların öz evlərinə qayıtmasını istəyirik. Bizə artıq heç nə lazım deyil. Biz özümüzə aid olanları götürmək istəyirik. Hətta götürmək yox, - mən düzgün ifadə etmədim, - sadəcə, geri qaytarmaq istəyirik".