Bu gün:


"Putin Ukraynanı dünya xəritəsindən silə bilməyəcək"

Tarix: 04.05.2022 / 15:04  •   Oxundu: 87 dəfə  •  

Əsas Avropa dəyərləri uğrunda cəsarətlə mübarizə aparan Ukraynada bütün Avropanın gələcəyi doğulur və Putin heç bir şəraitdə Ukraynanı dünya xəritəsindən silə bilməyəcək.
İDEALMedia.az  xəbər verir ki, bunu bu gün Strasburqda Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının sədri Ursula fon der Leyen çıxışı zamanı deyib.
“Putin Ukraynanı xəritədən silmək istəyirdi. Lakin o, açıq-aydın uğur qazana bilməyəcək. Əksinə. Ukraynada motivasiya və cəsarət, eləcə də birlik var. Putinin indi boğulduğu bircə ölkə var - o da Rusiyadır... Sanksiyalarla biz Rusiya iqtisadiyyatını şaxələndirmə və modernləşdirmə qabiliyyətindən məhrum edirik. Biz Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik. Biz həmçinin Ukraynanın müharibədən sonra uğur qazanması üçün şərait yaratmalıyıq”, - deyə Avropa Komissiyasının sədri bildirib.