Bu gün:


"Rusiya dövlət mediasını qadağan edəcəyik" - Aİ

Tarix: 04.05.2022 / 15:09  •   Oxundu: 80 dəfə  •  

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ukraynaya müdaxiləsi ilə qüvvəyə minəcək 6-cı sanksiya paketinin təfərrüatlarını paylaşıb.
İDEALMedia.az  xəbər verir ki, Strasburqda açıqlama verən von der Leyen Rusiyanın 3 dövlət televiziyasının fəaliyyətinin qadağan ediləcəyini açıqlayıb.
Çıxışında Leyen yeni sanksiyalar paketinin təfərrüatlarını paylaşaraq, "Heç bir halda məzmunlarını bir daha Avropa Birliyində paylaşmalarına icazə verilməyəcək, bunlar peyk, telefon proqramı, internet, kabel televiziyası ola bilər", - deyib. 
Qadağan olunacaq yayım təşkilatları ilə bağlı fon der Leyen, “Onlar Rusiya prezidenti Putinin yalanlarını və təbliğatını aqressiv şəkildə yayırlar. Onların bu yalanları yaymasına imkan verməməliyik”, - deyə o bildirib.