Bu gün:


T-Finans LTD"MMC şirkətin Ramazan təbriki...

Tarix: 04.05.2022 / 18:31  •   Oxundu: 598 dəfə  •  

Ramazan bayramı münasibətilə "T-Finans LTD"MMC şirkətinin rəhbərliyi və məsul əməkdaşları ötən gün paytaxt Bakıda və Bakı ətrafı kəndlərində Onlarla Şəhid Ailələrinə və Qazilərimizə baş çəkərək maddi yardımlar göstərmişlər.

İDEAL Media ASmedia.az-a istinadən bildirilir ki, "T-Finans LTD"MMC şirkəti bu cür ümummilli maraqlara söykənən tədbirləri keçirməkdədir və mayın 10- 28-də ənənələrinə sadiq qalacaqları istisna edilmir.

Bu barədə şirkətin mətbuat katibi Günel Əliyeva məlumat yayaraq bildirir ki, Şəhid və Qazi ailələrinə maddi-mənəvi dayaq durmaq hər bir vətəndaşın amalına çevrilməlidir.