Bu gün:


"Sonuncu işğalçı torpağımızı tərk edənə qədər..." - Ukraynalı general

Tarix: 06.05.2022 / 16:53  •   Oxundu: 107 dəfə  •  

“Müstəqilliyimiz, azadlığımız və ədalətimiz, sülh və gələcəyimiz üçün çətin müharibə aparırıq. Quru qoşunları əsgəri olmaq asan deyil, amma şərəflidir. Buna görə də ukraynalılar əsgərləri qiymətləndirir və hörmət edirlər. Hər gün, hər saat əsgərlərimiz milyonlarla insanın fikrində, duasında, qəlbindədir”.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının general-leytenantı Sergey Şaptala bəyan edib.
O bildirib ki, Ukraynada rus cəlladları mərhəmət gözləməməlidirlər:
“Sonuncu işğalçı torpağımızı tərk edənə qədər dayanmayacağıq”.
General əlavə edib ki, düşmənlə şiddətli döyüşlərdə ölkəsinin iradəsini müdafiə edən bütün sivil dünyaya, kişilərə və qadınlara təşəkkür edir.