Rusiyanın rəzalət rəmzi: Əzik keçə çəkmə, Çin gödəkcəsi və əlində SSRİ-nin bayrağı olan Anna
Tarix: 06.05.2022 / 17:43 •
Oxundu: 138 dəfə •
Rusiyalı məmurlar Mariupolda "qələbə" abidəsi ucaldıb, onu artıq "Rusiyanın rəmzi" adlandırıb
Böyük bir hissəsi Rusiya qoşunları tərəfindən zəbt edilən Mariupolda "əlində qırmızı bayraq tutan nənə"yə abidə qoyulub.
Təntənəli açılış mərasimində Rusiya prezidenti administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və "Vahid Rusiya" partiyası şurasının katibi Andrey Turçak iştirak edib.
İDEALMedia.az xəbər verir ki, bu barədə "9-cu kanal" saytı məlumat yayıb.
"İndi daha bir rəmz əlavə edilib- Anna nənə, Anya nənə. Təəssüf ki, biz onun tam adını və atasının adını bilmirik. Lakin biz bunu mütləq öyrənəcəyik. Və mən əminəm ki, ona çox sağ ol deyib, qarşısında baş əyəcəyik. Çünki o, nəsillərin, bax, belə varisliyinin, nasizm və faşizmlə mübarizənin varisliyinin canlı rəmzinə çevrilib. O, həm bütün Donbas üçün, həm də bütün Rusiya üçün belə nənə olub", - Kiriyenko bəyan edib.
Rusiya təbliğatının "Böyük Vətən müharibəsində xalqın müqəddəs xatirəsi"nin rəmzinə çevirdiyi nənə əlində SSRİ- nin bayrağı ilə onun kəndini Ukrayna hərbçilərindən azad edən Rusiya ordusunu qarşılayıb.
"Biz sizi çox gözləyirdik. Və sizə və Putinə görə...bütün xalqımıza görə dualar edirdik", - nənə belə deyib.
Sosial şəbəkələrdə əzik keçə çəkmədə, Çin gödəkcəsində olan və əlində mövcud olmayan dövlətin bayrağını gəzdirən nənəni artıq "Rusiyanın rəmzi" adlandırılıb.