Bu gün:


100 yaşını havada qeyd etdi

Tarix: 09.05.2022 / 11:43  •   Oxundu: 60 dəfə  •  

İkinci Dünya müharibəsində tibb bacısı olan Amerika vətəndaşı Reymond Sullivan 100 yaşında adrenalin dolu anlar yaşayıb.
İDEALMedia.az  xəbər verir ki, yubileyini fərqli formada qeyd etməyə qərar verən Reymond ilk dəfə paraşütdən tullanıb.
Təlimatçının köməyi ilə minlərlə metr hündürlükdən tullanan tibb bacısı uğuruna görə sevindiyini bildirib:
"Dostlarıma deyirdim ki, 100 yaşıma çatsam, paraşütdən tullanacağam, mənə inanmırdılar. Bu yaşıma qədər çox şey etmişdim, amma bunu sınamamışdım. Bacardığım qədər etmək məcburiyyətində olduğumu düşündüm".