"Putin getməlidir, o, mənasız müharibə törədib və Rusiyanı uçuruma aparır..."
Tarix: 10.05.2022 / 12:22 •
Oxundu: 85 dəfə •
"Putin biçarə diktator və paranoikə çevrilib"
Qurd ürəyi yeyən rusiyalı jurnalistlər...
"Lenta.ru" saytında Putini və Ukraynada müharibəni tənqid edən materiallar dərc edilib
Bu gün, mayın 9- da, Lenta.ru internet nəşrinin baş səhifəsində Rusiya prezidenti və onun Ukraynada törətdiyi müharibəni tənqid edən 10- dək material dərc edilib.
İDEALMedia.az xəbər verir ki, bu barədə "Mediazona" nəşri məlumat yayıb.
Bu materiallar aşağıdakı başlıqlarla verilib:
-"Vladimir Putin biçarə diktator və paranoikə çevrilib";
- "Rusiya elitası qohumbazlıq və yaltaqlıq xəstəliyinə yoluxub";
- "Müharibə ilə iqtisadiyyatın iflasını ört- basdır etmək asandır. Putin getməlidir. O, mənasız müharibə törədib və Rusiyanı uçuruma aparır".
Materialın hər biri belə sözönü ilə başlayır:
"Bu material rəhbərliklə razılaşdırılmayıb, onun dərcinə görə Prezident Administrasiyası nəşrin dəsini verəcək".
Materialların dərcinə görə nəşrin "İqtisadiyyat" və "Yaşayış mühiti" şöbələrinin rəhbəri Yeqor Polyakov və bu şöbələrin redaktoru Aleksandra Miroşnikova məsuliyyəti öz üzərinə götürüb.
Onlar artıq dərc edilən məqalələrin mətnlərini və başlıqlarını başqa mövzulara dəyişib.
Bir qədər sonra materiallar saytdan yoxa çıxıb