Bu gün:


290 nömrəli orta məktəbdə Şuşa tarixi...

Tarix: 11.05.2022 / 23:28  •   Oxundu: 230 dəfə  •  

“Şuşa ili” nin qeyd edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq bu gün məktəbin tarix müəllimlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Tədbirdə Şuşada göz açmış tarixi şəxsiyyətlər  – Pənahəli xan, Mir Möhsün  Nəvvab və Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı barədə geniş məlumat verildi, müxtəlif maraqlı faktlardan söz açıldı. Şagirdlər Qarabağ xanlığının banisi Pənahəli xan barədə danışaraq onun hakimiyyəti dövründə böyük miqyaslı tikinti və quruculuq işlərinin aparılması, o cümlədən , əvvəllər Pənahabad, daha sonra Şuşa adlandırılmış şəhər- qalasının tikintisindən danışdılar. Nəvvabın ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırması , muğamların şeir mətnləri ilə əlaqəliliyinin öyrənməsi məsələlərinə toxundular.  Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlunun  Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan olduğunu vurğuladılar.