Bu gün:


Rusiya ordusu Ukraynada neft emalı zavodunu VURDU

Tarix: 13.05.2022 / 11:09  •   Oxundu: 144 dəfə  •  

Rusiya ordusu Ukraynanın Kremençuk şəhərindəki neft emalı zavodunu raket zərbəsi ilə vurub. Hücumdan sonra neft emalı zavodunda yanğın baş verib.
İDEALMedia.az  xəbər verir ki, Poltava Regional Hərbi Administrasiyasının sədri Dmitri Lunin sosial media hesabında neft emalı zavodunun 4 raketlə hədəf alındığını bildirib. Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik heç bir açıqlama verilməyib.
Ukraynanın ən böyük neft məhsulları istehsalçısı olan Kremençuq Neft Emalı Zavodu ötən ay Rusiya ordusu tərəfindən raketlərlə hücuma məruz qalıb, zavod 9 raketlə vurulub və istehsal dayandırılıb.