Bu gün:


"Düşmənlə döyüşdə qələbə akkordumuz uzaqda deyil” - Zelenski

Tarix: 15.05.2022 / 12:19  •   Oxundu: 85 dəfə  •  

Xəbər veridiyimiz kimi, İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi Ukrayna olub.
İDEALMedia.az -ın məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında buna münasibət bildirib.
“Cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir!
Gələn il Ukrayna “Avroviziya”ya ev sahibliyi edəcək! Tarixində üçüncü dəfədir. Və inanıram - sonuncu deyil.
Biz əlimizdən gələni edəcəyik ki, bir gün “Avroviziya” iştirakçılarını və qonaqlarını Ukraynanın Mariupol şəhərində qəbul edək.
Azad, dinc, yenidən qurulmuş!
“Kaluş” qrupunu qalib edən və bizə səs verən hər kəsə təşəkkür edirik!
Əminəm ki, düşmənlə döyüşdə qələbə akkordumuz uzaqda deyil”, - deyə o, qeyd edib.