Bu gün:


Pakistanda partlayış - 3 uşaq və 3 əsgər öldü

Tarix: 16.05.2022 / 10:34  •   Oxundu: 351 dəfə  •  

Pakistanın Hayber Paxtunxva əyalətində hərbi maşın karvanına bombalı hücum təşkil edilib. Hadisə nəticəsində 3 uşaq və 3 əsgər həlak olub.
İDEALMedia.az  xəbər verir ki, kamikadzenin hücumu Əfqanıstanla həmsərhəd Şimali Vəziristan rayonunun inzibati mərkəzi Miranşah şəhərində həyata keçirilib.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.