Xəbərdarlıq edirəm, bunun sonu müharibədir - Baxçalı
Tarix: 17.05.2022 / 14:08 •
Oxundu: 405 dəfə •
Bəzi NATO ölkələri Türkiyəyə qarşı məhdudiyyətlər və sanksiyalar tətbiq edir.
İDEALMedia.az xəbər verir ki, bu sözləri MHP başqanı Dövlət Baxçalı deyib.“F-16-larla bağlı ABŞ-la konkret inkişaf yoxdur. F-35-ləri xatırlayan yoxdur. Üstəlik, ABŞ PKK və YPG-yə dəstəyini davam etdirir. ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edərkən, terror təşkilatlarını sanksiyalardan azad etdi. NATO-nun genişlənmə siyasətinə girməsi üçün Türkiyənin münasibəti həlledicidir. Bütün qərarlar konsensus əsasında həyata keçirilir. Ukraynada müharibə bitməmiş, atəşkəs və sülh rejimi bərqərar olunmamış, NATO-da yeni üzvün iştirakı bəşəriyyəti yeni atəşə aparacaq. Finlandiya və İsveçin mümkün NATO üzvlüyü mövcud balansı sarsıdacaq və Rusiyanı fərqli mövqeyə daşıyacaq. Hər kəsə xəbərdarlıq edirəm, bunun sonu sülh deyil, müharibədir”, - o qeyd edib.
