Bu gün:


BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb

Tarix: 21.05.2022 / 07:37  •   Oxundu: 61 dəfə  •  

BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb.

Məlumatlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında təqdim edilib.
 
Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı artıq 3 838 nəfər həlak olub.
 
"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3 838 nəfərin öldüyünü və 4 351 dinc sakinin xəsarət aldığını təsdiqləyib. Bunlar fevralın 24-dən mayın 19-u gecə yarısına qədər olan məlumatlardır", - komissarlıqdan bildirilib.
 
Bildirilir ki, mülki əhali arasında itkilərin əksəriyyətinə geniş mənzilli partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi, həmçinin raket və hava zərbələri səbəb olub.