Bu gün:


Çavuşoğlu: Türkiyə İsrailə səfir təyin edə bilər

Tarix: 26.05.2022 / 07:01  •   Oxundu: 65 dəfə  •  

İsrailin xarici işlər naziri Yair Lapidin Ankaraya səfəri zamanı iki ölkənin səfirlərinin təyin olunması imkanlarını dəyərləndirməyə hazırıq.

İDEAL Media.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz nazirliklərimizlə müvafiq dövlət qurumları arasında texniki görüşləri bərpa etmək barədə razılığa gəldik. Lapidin Türkiyəyə səfəri zamanı İsraillə qarşılıqlı səfirlərin təyin edilməsi məsələsini dəyərləndirmək qərarına gəldik” – M.Çavuşoğlu qeyd edib.