Bu gün:


Bakıda iki qadını və uşaqlarını avtomobil vurdu

Tarix: 26.05.2022 / 07:35  •   Oxundu: 100 dəfə  •  

Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub.
Hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, yolun piyadalar üçün qadağan olunmuş hissəsindən keçən 1993-cü il təvəllüdlü Adilə Sabir qızı Dünyamalıyeva və onun övladı 2020-ci il təvəllüdlü Banu Turan qızı Dünyamalıyevanı, 1991-ci il təvəllüdlü Türkan Qəhrəman qızı Hacıyeva və onun övladı 2021-ci il təvəllüdlü Sabir Firuz oğlu Hacıyevi avtomobil vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı A.Dünyamalıyevaya baş-beyin silkələnməsi və burunun sınığı, T.Haciyevaya isə sağ almacıq sümüyünün sınığı və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Xatırladaq ki, A.Dünyamaliyeva və T.Hacıyeva qohumdurlar.
Faktla bağlı araşdırma aparılır .