Bu gün:


Müsəlman alpinist Britaniyadakı yetimlər evinə pul toplamaq üçün Everestə qalxdı...

Tarix: 27.05.2022 / 08:45  •   Oxundu: 75 dəfə  •  

Alpinist Akke Rahman Ramazan ayında yetim uşaqlar evinə vəsait toplamaq üçün başladığı arzu-səyahətini başa vuraraq Everest(Comolonquma) dağına çıxan ilk Britaniya müsəlmanı olub.

İDEAL Media.az  xəbər verir ki, bu haqda  "The Independent” nəşri məlumat yayıb.
 
Rahman 8849 metr hündürlüyə qalxıb. 
 
Everestin zirvəsindən dünyanın ən yüksək dağlarından bəzilərini necə gördüyünü danışan Akke “Gözəlliyin, sadəcə, həddi-hüdudu yoxdur” - deyib.
 
“Şəxsən mənim çəkdiyim fotolarda hündürlüyü 8201 metr olan Ço Oyu dağını, 8485 metr hündürlüyündə Makalu dağını görə bilərsiniz”, - deyə müsəlman alpinist həyəcanla bildirib.
Fitr bayramını ailəsi olmadan qeyd etmək onun səyahətinin ən çətin hissəsi olub.

“Bayramdan öncə özümü doğrudan da özümü çox bədbin hiss edirdim. İki gün idi çadırımdan çıxmırdım və az qala sıncaqdım... Bir anda fikirləşdim: “Bəlkə geri qayıdım?” Ancaq mən burada olmağımın səbəbini, bütün məşqləri və bu illər ərzində etdiyim hər şeyi düşündüm. Davam etdim və sonra zirvəyə çatdım” -deyə Akke yaşadıqlarından bəhs edib.

Akke yetim uşaqlar evi fondu üçün 80.000 funt-sterlinqdən çox pul toplaya bilib...