Bu gün:


Bayramov Çavuşoğlu ilə Türkiyənin oyununu izlədi

Tarix: 06.06.2022 / 07:17  •   Oxundu: 87 dəfə  •  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə Türkiyənin voleybol yığmasının oyununu izləyib.
İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri özünün Tvitter səhifəsində yazıb.
"Azərbaycanın xarici işlər naziri Ceyhun qardaşımla Filenin Sultanlarını (Türkiyənin qadın voleybolçulardan ibarət yığması - red.) Ankaradan qalibiyyətlə yola salırıq. Finalda yenidən Ankarada görüşənədək", - deyə M.Çavuşoğlu bildirib.